İran ABŞ-nin 54-cü pilotsuz uçuş aparatını vurub

İran ABŞ-nin 54-cü pilotsuz uçuş aparatını vurub backend

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava Hücumundan Müdafiə Qüvvələri Hörmüz boğazı səmasında ABŞ-yə məxsus "MQ-9" tipli pilotsuz uçuş aparatını (PUA) vurub.

Qaziler.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə oktyabrın 19-u axşam saatlarında, SEPAH qüvvələri boğazın hava məkanına nəzarəti həyata keçirərkən baş verib.

"Tasnim"in məlumatına görə, bu, ABŞ-İran münaqişəsi gedişatında SEPAH hərbçiləri tərəfindən vurulan sayca artıq 54-cü Amerika PUA-sıdır.

Həmçinin SEPAH-dan bildirilib ki, iki tanker Hörmüz boğazından keçid qaydalarını pozduqdan sonra minalara düşərək partlayıb.

QAZİLER.AZ