“Ukrayna NATO-ya daxil olmamalıdır!” – Vens

“Ukrayna NATO-ya daxil olmamalıdır!” – Vens backend

“Ukrayna NATO-ya daxil olmamalıdır!”

Qaziler.az xəbər verir ki, bu fikri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "2WAY TONIGHT" proqramına verdiyi müsahibədə səsləndirib.

"Ukrayna NATO-nun üzvü deyil. Mən onun NATO-ya daxil olmalı olduğunu düşünmürəm. Hesab edirəm ki, bu, çox heyranedici, daxilində çoxlu gözəl insanların olduğu möhtəşəm bir ölkədir", – deyə Vens qeyd edib.

Bununla belə, o, Vaşinqtonun Kiyevlə bəzi məsələlərdə əməkdaşlıq edəcəyinə əminlik verib, lakin paytaxtlar arasında mövqelərin bəzən fərqlənəcəyini də əlavə edib.

Vitse-prezident Ukraynanın ABŞ-nin müttəfiqi olub-olmaması barədə verilən suala bu şəkildə cavab verib.

QAZİLER.AZ