Bu ölkə Ukraynadakı diplomatlarını geri çağırır

Bu ölkə Ukraynadakı diplomatlarını geri çağırır backend

Cənubi Koreya Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı səfirliyinin əməkdaşlarının bir hissəsini geri çağırmaq qərarına gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi qurumun rəsmi nümayəndəsi Pak Du Suna istinadən məlumat yayıb.

Diplomat izah edib ki, rəsmi Seul bu qərarı Şimali Koreya əsirlərinin təhvil verilməsi barədə məlumatın sızdırılması ilə bağlı mübahisənin nizamlanması üçün Kiyev tərəfindən "müsbət addımların" atılmaması səbəbindən qəbul edib. Bundan əlavə, o, diplomatik missiya əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini çətinləşdirən davamlı hava zərbələri təhlükəsini əsas gətirib.

Oktyabrın 8-də Cənubi Koreya XİN iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda Ukraynadakı səfiri Pak Xi Çanı geri çağırmaq qərarına gəlmişdi. Buna Ukrayna Prezidenti Volodimir Zelenskinin əsir götürülmüş Şimali Koreya əsgərlərinin Seula təhvil verilməsi faktını açıqlaması səbəb olmuşdu. Cənubi Koreya lideri Li Cxe Myon bu məlumatın açıqlanmasını kəskin şəkildə pisləyib.

QAZİLER.AZ