ABŞ prezidenti Donald Tramp immiqrasiyanın Fransanı məhv etdiyini söyləyib. O xəbərdarlıq edərək bildirib ki, hakimiyyət orqanları "ölkəsini sevməyən" insanları Fransaya buraxdıqdan sonra ölkənin özünə gəlməsi çətin olacaq.
Qaziler.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalislərlə söhbətində deyib.
"Bilirsiniz, Fransadakı vəziyyət... Bu, çox kədərlidir. Çünki Fransada baş verənlər immiqrasiya ilə bağlıdır. Məktəblərlə və ya başqa bir şeylə deyil. Məhz immiqrasiya ilə…", — deyə amerikalı prezident vurğulayıb.
Tramp həmçinin bəyan edib ki, hələ birinci prezidentlik müddətində Fransa Prezidenti Emmanuel Makrona xəbərdarlıq edibmiş. Onun dediklərinə görə, Fransanın sərhədlərin etibarlı müdafiəsindən imtina etməsi ciddi problemlərə yol açıb.
Onun sözlərinə görə, Paris tezliklə müsəlman şəhərinə çevriləcək. O qeyd edib ki, Makron miqrant axınına yol verməklə və sərhədlərin müvafiq mühafizəsini təmin etməməklə səhvə yol verib.
Makronun İrandakı müharibəyə görə məsuliyyəti Trampın üzərinə qoyması və bu münaqişəni Fransadakı iğtişaşlarla əlaqələndirməsi barədə yayılan məlumatlara cavab verən ABŞ prezidenti bu cür yanaşmanı rədd edib.
"Düşünmürəm ki, o, hazırda belə hesab edir. Məncə, bu, saxta xəbərdir", — deyə Tramp bildirib.
"Mən ona çox uzun zaman əvvəl demişdim: “Sən Fransada böyük səhvə yol verirsən. Dünyanın hər yerindən insanların gəlməsinə icazə verirsən. Bütün dünya sizə axışır. Və bildiyiniz kimi, Paris çox yaxında müsəlman şəhərinə çevriləcək. Axı biz tamamilə fərqli şeylər barədə razılaşmışdıq. Bu, razılaşmanın bir hissəsi deyildi", — deyə o əlavə edib.
O həmçinin Fransa hakimiyyətini ölkəyə qarşı heç bir bağlılıq hiss etməyən insanları içəri buraxmaqda ittiham edib: "Onlar öz ölkələrinə Fransanı sevməyən insanları buraxırlar. Onlar onun binalarını sevmirlər. Onlar onun incəsənətini sevmirlər. Hər şeyi geriyə qaytarmaq çətin olacaq. Lakin ümid edirəm ki, Fransa bərpa oluna biləcək".
QAZİLER.AZ

