ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski öz ölkəsi adından danışıqların aparılmasını, bəlkə də başqa birinə ötürməlidir.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında deyib.
"Düzünü desəm, məncə, artıq Ukrayna adından danışıqları başqa birinin aparmasının vaxtı çatıb. Bəlkə də, Zelenskinin danışıqları kiməsə həvalə etmək vaxtıdır", - deyə Tramp bildirib.
Bu bəyanat jurnalistin ABŞ prezidentindən Zelenskinin "Tramp tarixin yanlış tərəfində qaldı" sözlərini şərh etməsini xahiş etdikdən sonra səslənib.
Qeyd edək ki, "NBC News" telekanalının "Meet the Press" proqramına müsahibəsində Ukrayna lideri bildirmişdi ki, Trampın Rusiyanı dəstəkləməsi "tarixi səhv" olardı.
QAZİLER.AZ

