Pakistan Yəmənin üsyançı husirilərinin hücumları fonunda krallığın müdafiəsi üçün Səudiyyə Ərəbistanına "hər hansı zəruri dəstəyi" təmin edir.
Qaziler.az xəbər verir ki, bu barədə Pakistan hərbi komandanlığının yüksəkrütbəli nümayəndəsi bəyan edib.
"Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi, hər şeydən əvvəl isə iki müqəddəs məscidin təhlükəsizliyi böyük əhəmiyyət kəsb edir", — deyə Pakistan silahlı qüvvələrinin mətbuat xidmətinin rəhbəri, general-leytenant Əhməd Şərif Çaudri "Independent Arabia" nəşrinə müsahibəsində bildirib.
"Pakistan üçün bu, müzakirə mövzusu olmayan bir məsələdir. Bunun üçün lazım olan hər hansı dəstək artıq göstərilir və bundan sonra da göstəriləcək", — deyə o vurğulayıb.
Qeyd edək ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə Birgə Müdafiə Alyansına daxildir. Cari ilin oktyabr ayının əvvəlində ölkələr çəkindirmə tədbirlərini aktivləşdirmək və İran tərəfindən dəstəklənən həsirilərin hücumlarına qarşı durmaq üçün krallığa operativ şəkildə qüvvələr göndərmək barədə razılığa gəliblər.
Ötən il İslamabad və Ər-Riyad ikitərəfli müdafiə müqaviləsi bağlayıblar ki, ona əsasən ölkələrdən birinə edilən hücum hər iki tərəfə qarşı təcavüz aktı kimi qiymətləndiriləcək.
QAZİLER.AZ

