Fransada komendant saatı tətbiq edildi

Fransada komendant saatı tətbiq edildi backend

Fransa hakimiyyəti Parisin bəzi rayonlarında gecə komendant saatı tətbiq edib.

Qaziler.az xəbər verir ki, bu barədə "France 24" telekanalı məlumat yayıb.

Məhdudiyyətlər saat 23:00-dan 06:00-dək Respublika meydanında və Le-Al rayonunun ətrafındakı küçələrdə qüvvədə olacaq.

Bu tədbir üç kateqoriyadan olan vətəndaşlara şamil edilir: böyüklərin müşayiəti olmadan tək olan yetkinlik yaşına çatmayanlar, fərdi mühafizə vasitələrindən istifadə edən şəxslər və üzünü gizlədənlər.

Qeyd edək ki, ir qədər əvvəl hakimiyyət orqanları ölkənin şimal hissəsində iki günlük komendant saatının elan edildiyini bildirib. Bazar ertəsi günündən etibarən məhdudiyyətlər Lill şəhərində və qonşu Due, Vattinyi və Denen şəhərlərində qüvvədədir.

QAZİLER.AZ