Misir parlamenti Krallığın kömək üçün müraciət edəcəyi təqdirdə Səudiyyə Ərəbistanına hərbi dəstəyin təsdiqlənməsi məsələsi üzrə səsverməni bir həftə — oktyabrın 26-dək təxirə salıb.
Qaziler.az xəbər verir ki, dövlətə məxsus "Akhbar el-Yom" qəzetinin verdiyi məlumata görə, təxirəsalma barədə qərar bazar ertəsi günü qəbul edilib. Bundan bir gün əvvəl isə parlament iclası dayandırmış və növbəti müzakirələri ertəsi günə keçirmişdi.
Müzakirələr Misir Prezidenti Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə keçirilir. Şənbə günü o bəyan edib ki, Ər-Riyad kömək istəyəcəyi təqdirdə Qahirə Səudiyyə Ərəbistanını müdafiə etmək üçün bütün zəruri tədbirləri görəcək.
QAZİLER.AZ

