İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, ABŞ İran ətrafındakı münaqişəyə müdaxilə etməklə beynəlxalq hüququ pozub.
Qaziler.az xəbər verir ki, bu barədə "Snn.ir" telekanlı məlumat yayıb.
Sançesin sözlərinə görə, Vaşinqton 20 il əvvəl İraqda etdiyi səhvi təkrar edir. O zaman Avropa indiki kimi, öz müttəfiqinə güvənirdi, lakin Amerika siyasətinin nəticələrinin bədəlini Avropa ölkələri ödəməli olur.
Sançes qeyd edib ki, bir ildən az davam edən müharibə ərzində Avropanın əlavə xərcləri 100 milyard avroya çatıb. Onun sözlərinə görə, bu məbləğ Aİ-nin fermerləri, heyvandarları və balıqçılıq sahəsini dəstəkləmək üçün nəzərdə tutulmuş Ümumi Kənd Təsərrüfatı Siyasəti büdcəsindən iki dəfədən çoxdur.
QAZİLER.AZ

