Husilər "Saudi Aramco"nu ballistik raketlərlə vurdu

Husilər "Saudi Aramco"nu ballistik raketlərlə vurdu backend

Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının nümayəndələri Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft-qaz şirkətinin obyektlərinə və "Şeyba" neft yatağına hücum ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə həsirilərin nümayəndəsi Yəhya Sariya öz “Telegram” kanalında məlumat verib.

"Yəmən Silahlı Qüvvələri (husi qüvvələri) son 48 saat ərzində çox sayda ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçuş aparatlarından istifadə etməklə altı hərbi əməliyyat keçirib", — deyə hərəkatın nümayəndəsi yazıb.

Sariya əlavə edib ki, hücumlara Yanbudakı "Saudi Aramco" obyektləri və "Şeyba" neft yatağı məruz qalıb. Həmçinin, onun sözlərinə görə, husilər Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına, Abha şəhərinin hava limanına və Xamis-Müşaytdakı hərbi hava bazasına zərbələr endiriblər. Bununla yanaşı, hərbi dəniz düşərgəsi və radiolokasiya stansiyaları da hərəkatın hədəfləri arasında olub.

QAZİLER.AZ