ABŞ Prezidenti Donald Trampın ölkənin yetkin əhalisi arasındakı bəyənilmə reytinqi hazırda 33% təşkil edir.
Qaziler.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzetinin keçirdiyi sorğunun nəticələrində bildirilir.
Eyni zamanda, respondentlərin 66%-i onun fəaliyyətini bəyənmədiyini ifadə edir, 52%-i isə ABŞ prezidentinin işini qətiyyətlə dəstəkləmir.
"Bu bəyənilmə göstəricisi iyul ayı ilə müqayisədə dörd faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə səkkiz bənd aşağıdır. Bu rəqəm onun birinci prezidentlik müddətindəki istənilən vaxtdan daha aşağıdır. Potensial seçicilər arasında Trampın bəyənilmə reytinqi 38% təşkil edir, 62%-i isə narazılığını bildirir", — deyə media orqanı yazır.
QAZİLER.AZ

