ABŞ-nin hərbi təyyarəsi havada həyəcan siqnalı verib

ABŞ-nin hərbi təyyarəsi havada həyəcan siqnalı verib backend

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Lockheed C-130H Hercules" tipli təyyarə Amerikanın Alabama ştatının səmasında olarkən qəza siqnalı verib.

Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" uçuş məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, hava gəmisi daha əvvəl Corciya ştatından havalanıb. Bundan qısa müddət sonra göyərtə "7700" qəza siqnalı verib və hündürlüyü azaldaraq geriyə — ştat istiqamətinə doğru uçub.

"7700" kodu — pilotların təyyarədə ümumi fövqəladə vəziyyət yarandıqda verdikləri universal transponder siqnalıdır. Bununla belə, bu siqnal mütləq şəkildə birbaşa qəza təhlükəsinin olmasından xəbər vermir.

Ötən gün Amerikanın "Atlas Air" aviaşirkətinə məxsus, Alyaskanın Ankoric şəhərindən Çinin Şençjen şəhərinə gedən "Boeing 747-87UF" yük təyyarəsi də fəlakət siqnalı verərək hava limanına geri qayıdıb.

Oktyabrın 15-də isə eyni vaxtda beş təyyarə qəza siqnalı verib.

QAZİLER.AZ