Özbəkistan və ABŞ-nin müvafiq qurum və şirkətləri 12 milyard dollar dəyərində 54 sazişdən ibarət paket imzalayıblar.
Qaziler.az xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən qeyd olunub ki, söhbət ticarət, investisiya və texnoloji əməkdaşlıq sahəsindəki sazişlərdən gedir. Əldə olunmuş razılaşmalar respublikanın sənaye, nəqliyyat və energetika infrastrukturunun modernləşdirilməsinə, kritik əhəmiyyətli mineral resursların mənimsənilməsinə, maliyyə sektorunun, rəqəmsal texnologiyaların, kənd təsərrüfatı, səhiyyə və təhsilin inkişafına yönəlib.
Məsələn, "GE Aerospace" şirkəti "Uzbekistan Airways" aviaşirkətinin yeni təyyarələri üçün mühərriklər tədarük edəcək. "Wabtec" şirkəti isə lokomotivlərin tədarükünü həyata keçirəcək, həmçinin onlara texniki xidmətin göstərilməsi, komplektləşdirici hissələrin istehsalının təşkili və kadrların hazırlanması ilə məşğul olacaq.
"Dağ-mədən sənayesində “ReElement Technologies”, “Traxys” və “Trafigura” şirkətləri ilə qarşılıqlı fəaliyyət yataqların öyrənilməsi və mənimsənilməsi, texnoloji kooperasiya və mineral resursların tədarükü ilə bağlıdır. Kritik minerallar sahəsində milli səriştələrin inkişaf etdirilməsinə xüsusi önəm verilir", — deyə məlumatda bildirilir.
Qeyd edilib ki, oktyabrın 18-də ABŞ-nin dövlət katibi Marko Rubio xanımı ilə birlikdə Səmərqəndə gəlib. Bazar ertəsi günü isə burada Birləşmiş Ştatlar və Mərkəzi Asiya ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin "C5+1" formatında (ABŞ-nin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə kollektiv qarşılıqlı fəaliyyət mexanizmi) görüşü keçirilib.
QAZİLER.AZ

