Kallas Rusiya və Çinin gizli planını ifşa etdi: “Bu, elmi tədqiqat deyil”

Kallas Rusiya və Çinin gizli planını ifşa etdi: “Bu, elmi tədqiqat deyil” backend

Qərb Arktikada Çin və Rusiyanın dominantlığını dayandırmalıdır.

Qaziler.az xəbər verir ki, bu barədə "Times" nəşrinə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas bəyan edib.

Onun sözlərinə görə, Qərb Rusiya və Çinin Şimal Dəniz Yolu üzərində nəzarəti ələ keçirməsinin qarşısını almalı, həmçinin Uzaq Şimalda Moskva və Pekin qarşısında Avropa maraqlarının qorunmasında daha sərt yanaşma elan etməlidir.

"Onlar faktiki olaraq potensial imkanların harada olduğunu anlamaq üçün regionun xəritəsini tərtib edirlər. Eyni şeyi kabellərin xəritəsini çıxarmaq və qarşılıqlı əlaqələri müəyyən etmək üçün digər sularda da edirlər, buna görə də biz bu sahədə həssasıq. Aydındır ki, bu, sadəcə iqlim dəyişikliyi ilə mübarizə naminə aparılan elmi tədqiqatlar deyil", — deyə Kallas bildirib.

Onun fikrincə, avropalılar ABŞ və Kanada ilə əməkdaşlıq etməli və Pekinin Şimal Dəniz Yolunu strateji cəhətdən vacib bir ticarət qovşağına çevirmək cəhdlərinə qarşı durmalıdırlar.

"Bu cür maraqlı tərəflərin mövcudluğu sayəsində biz rəqiblərimiz tərəfindən yeni bir darboğazın yaradılmasının qarşısını ala və bu marşrutun hamı üçün açıq olmasını təmin edə bilərik", — Kallas qeyd edib.

QAZİLER.AZ