Həyəcan: İŞİD Ukraynada

Həyəcan: İŞİD Ukraynada backend

Ukraynada İŞİD yaraqlıları aktiv fəaliyyətə başlayıb. Axar.az Unian-a istinadən xəbər verir ki, bu haqda məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Vasili Qristsak yayıb.


Onun sözlərinə görə, İŞİD-in Ukraynadakı fəaliyyətinin genişlənməsinin qarşısını almaq üçün artıq ciddi tədbirlər görülür:

“Təəssüflə qeyd etməliyəm ki, son zamanlar İŞİD terror qruplaşmasının fəaliyyətinin aktivləşdiyini müşahidə edirik”.

Xatırladaq ki, bu yaxınlarda ölkə ərazisində aparılan istintaq tədbirləri nəticəsində İŞİD tərəfdarlarında silah-sursat aşkar edilib.