Gəzi məhbusları ilə bağlı mühüm qərar

Gəzi məhbusları ilə bağlı mühüm qərar backend

“Beşiktaş”ın dünyaca məşhur azarkeş qrupu “Çarşı” mühakimə olunduğu “Gəzi hadisələri” məhkəməsində bəraət alıb. Axar.az xəbər verir ki, dövlət çevrilişinə təşəbbüs, terror təşkilatı qurmaq və idarə etmək, polisə müqavimət göstərmək kimi iddialarla nəzarət altına alınan şübhəlilər bəraət qazanıb. Nəticədə aralarında “Çarşı” qrupunun üzvlərinin də olduğu 35 şəxs azadlığa buraxılıb.


Xatırladaq ki, Türkiyədə 2013-cü ildə kütləvi etiraz aksiyaları keçirilib. İştirakçılar o zaman baş nazir olan Ərdoğana qarşı çıxıb, onu avtoritarizmdə günahlandırıblar.