ABŞ-nin dövlət katibi Mark Rubio ABŞ Prezidenti Donald Tramp, Rusiya diktatoru Vladimir Putin və Çin lideri Si Tszinpin arasında mümkün sammitin keçirilməsi barədə müzakirələrin getdiyini etiraf edib və müharibə risklərindən danışıb.
Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" "Reuters" agentliyinə istinadən məlumat yayıb.
Səmərqənddə jurnalistlər dövlət katibinə Ukraynadakı müharibənin dayandırılmasının müzakirə oluna biləcəyi bu üçtərəfli potensial görüş barədə sual ünvanlayıblar.
"Belə bir görüş haqqında danışıqlar olub. Onun tamamilə razılaşdırılıb-razılaşdırılmadığını bilmirəm, lakin prezident öz mövqeyini çox aydın ifadə edib. O, Ukrayna ilə Rusiya arasındakı müharibənin başa çatmasını istəyir", - suala cavab olaraq Rubio bildirib.
QAZİLER.AZ

