Bu gün Türkiyənin Baş naziri Əhməd Davudoğlu CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşəcək. Axar.az xəbər verir ki, Türkiyə vaxtilə 13:00-da başlanacaq görüşdə yeni konstitusiya və Avropa Birliyinə üzvlük məsələləri müzakirə olunacaq.
Görüşə hökumət tərəfdən Davudoğlu ilə bərabər Baş nazirin müavini Lütfü Əlvan, AKP sədrinin müavini Ömər Çəlik və AKP nümayəndəsi Naci Bostançı qatılacaq.
CHP-dən isə görüşdə Kamal Kılıçdaroğlu ilə bərabər partiya sədrinin müavini Haluk Qoç və Bülənt Tezcan, partiya nümayəndəsi Engin Altay iştirak edəcək.