İŞİD Əfqanıstanın şərqindəki Nanqarhar rayonundakı 8 kənddən 300-ə yaxın sakini girov götürüb. Axar.az xəbər verir ki, dövlət qurumlarından verilən açıqlamada 2 ay əvvəl qaçırılan təxminən 300 kəndlinin taleyindən xəbər alınmadığı bildirilib.
Həmin kəndlilərin İŞİD-in bölgədəki həbsxanalarında saxlanılması barədə məlumatlar yayılıb.Qaçırılan kəndlilərin terrorçular tərəfindən öldürülməsi də istisna edilmir.