Hörmüz boğazında göyərtəsində 15 hindistanlı dənizçinin olduğu neft tankeri hücuma məruz qalıb, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval məlumat verib.
“Oktyabrın 16-da 15 hindistanlı dənizçinin olduğu “MT ST 3” neft tankeri Hörmüz boğazında mərmi zərbəsinə məruz qalıb", - nazirin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
O qeyd edib ki, həm bu hadisə zamanı, həm də oktyabrın 14-də Qara dənizdə, Rumıniya sahillərində kimyəvi yük daşıyan "YARA J" tankerinə dron zərbəsi endirilən zaman dənizçilərdən heç biri xəsarət almayıb.
QAZİLER.AZ

