Tramp Putin və Zelenskinin nə istədiyini açıqlayıb

Tramp Putin və Zelenskinin nə istədiyini açıqlayıb backend

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Ukrayna böhranının tənzimlənəcəyinə əminliyini ifadə edib.

Qaziler.az  xəbər verir ki, bu barədə “Reuters” yazır.

Amerika lideri Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasının təfərrüatları barədə məlumatlı olduğunu qeyd edib.

“Nə vaxtsa mən bu təfərrüatları dərc edəcəyəm. Lakin məni yalnız bir şey narahat edir: mən bu müharibənin başa çatmasını istəyirəm”, — deyə Tramp vurğulayıb.

Onun fikrincə, Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski də münaqişənin bitməsini istəyirlər.

“Və mən düşünürəm ki, o (müharibə-red.) başa çatacaq. Məni düşündürən yeganə şey budur”, — deyə Ağ Ev rəhbəri etiraf edib.

QAZİLER.AZ