Ağ Evin yeni mətbuat katibi bir həftə keçmədən işdən qovuldu

Ağ Evin yeni mətbuat katibi bir həftə keçmədən işdən qovuldu backend

Ağ Evin yeni mətbuat katibi Keti Zahariya təyinatından bir həftədən də az müddət sonra işini itirib.

Qaziler.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti üç mənbəyə istinadən yazıb.

Nəşr yazır ki, 2026-cı ilin oktyabrında Ağ Evin yeni mətbuat katibi təyin olunmuşdu — bu postda Kerolayn Levitti 42 yaşlı Keti Zahariya əvəz etmişdi. O, ABŞ-də prezident Donald Trampın alovlu tərəfdarı və Çin üzrə mütəxəssis kimi tanınır. Lakin onun tərcümeyi-halında qaranlıq məqamlar da var idi.

“Zahariya vəzifəyə başlamazdan əvvəl hüquq sahəsində çalışdığını iddia edirdi, Ağ Ev rəhbəri isə onu vəkil kimi təqdim etmişdi. Lakin, əslində, yeni mətbuat katibinin hüquq lisenziyası yoxdur. Məlum olub ki, Zahariya 2007-ci ildə Pepperdayn Universitetini bakalavr dərəcəsi ilə bitirib, 2011-ci ildə isə hüquq doktoru dərəcəsi alıb. Bundan sonra o, lisenziya almaq üçün imtahan verməyə cəhd etsə də, kəsilib. Zahariyanın öz bəyanatına görə, o, testi yenidən verməyə cəhd göstərməyib”, - məlumatda qeyd olunub.

Çində analitik kimi fəaliyyəti barədə danışarkən o, “Mənim ixtisasım, yəni universitet diplomum bu fəaliyyətlə məşğul olmaq üçün kifayət idi” deyib.

Bundan əlavə, media yeni mətbuat katibinin illərdir sosial şəbəkələrdə sui-qəsd nəzəriyyələri (konspiroloji iddialar) yaydığını yazıb. Xüsusilə, Zahariya NASA-nın Marsda qaçırılmış uşaqlardan ibarət koloniyası olduğunu iddia edən Robert Devid Stili tərifləyib və Bill Qeytsi gizli yevgenika proqramında ittiham edib. O, həmçinin hamilə qadınlar üçün peyvəndin təhlükəli olduğunu yazıb, 2025-ci ildə isə abort üçün istifadə olunan "mifepriston" preparatının "İkinci Dünya Müharibəsi zamanı konsentrasiya düşərgələrində istifadə edilən ölümcül “Siklon B” qazının istehsalçısı ilə əlaqəli olduğunu" iddia edib.

“O, həmçinin özünün “Truth Social” sosial şəbəkə hesabından QAnon sui-qəsd nəzəriyyəsini təbliğ etmək üçün istifadə edib. Bu nəzəriyyəyə görə, Tramp dünyanı satanist-pedofillər şəbəkəsindən xilas edir", — deyə "The Guardian" qəzeti yazıb.

QAZİLER.AZ