ABŞ Prezidenti Donald Tramp Ukraynanın hərbi peyk rabitə sistemi olan "Starshield"ə çıxışının məhdudlaşdırılmasında heç bir iştirakının olmadığını bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ağ Evin rəhbəri, həmçinin amerikalı sahibkar İlon Maskın da bu məsələ ilə hər hansı əlaqəsinin olmasına şübhə ilə yanaşdığını bildirib.
"Ümumiyyətlə kiminsə bunu edib-etmədiyini bilmirəm, çünki bu, dəqiq mən deyiləm və İlonun da bunu etdiyini düşünmürəm. Anladığım qədərilə, hər şey həmişəki kimi işləməyə davam edir", — deyə Tramp jurnalistlərin Kiyevin "Starshield"ə çıxışının məhdudlaşdırılması barədə verilən əmr haqqında sualını cavablandırarkən deyib.
"Reuters" agentliyi iddia edir ki, Ukraynada "Starlink" peyk rabitə sisteminin məhdudlaşdırılmasında Ağ Evin əli var. Bu qərarı konkret olaraq kimin qəbul etdiyi məlum deyil. Agentliyin mənbələri Trampın belə bir sərəncam vermədiyinə əmin ediblər. "The Wall Street Journal"ın yazdığına görə isə, ukraynalılar yaranmış vəziyyətdən dəhşət içindədirlər.
QAZİLER.AZ

