ABŞ Qara dənizdə 8 saatlıq kəşfiyyat uçuşu etdi

ABŞ Qara dənizdə 8 saatlıq kəşfiyyat uçuşu etdi backend

ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində səkkiz saat ərzində patrul xidməti həyata keçirdikdən sonra Rumıniyadakı bazaya qayıdıb.

Qaziler.az xəbər verir ki, bu barədə uçuş məlumatlarına istinadən "RİA Novosti" məlumat yayıb.

Nəşrin yazdığına görə, "Bombardier ARTEMIS II" tipli təyyarə Bakı vaxtı ilə saat 09:45 radələrində "Mixail Koqelniçanu" bazasından havaya qalxaraq Qara dəniz üzərində patrul uçuşlarına başlayıb. Hava gəmisi Bakı vaxtı ilə saat 17:55 radələrində bazaya geri dönüb.

Sözügedən təyyarə ABŞ-nin "Leidos" şirkəti tərəfindən radiolokasiya kəşfiyyatı məqsədilə yenidən təchiz edilərək hazırlanıb.

QAZİLER.AZ