Belarus Prezidenti Aleksandr Lukaşenko xalq milis dəstəsində keçirilən təlim məşqi zamanı əlbəyaxa döyüş bacarıqlarını nümayiş etdirib.
Qaziler.az xəbər verir ki, bu barədə "Pul Pervovo" teleqram kanalı məlumat yayıb.
Fəndlərdən birinin işlənməsi zamanı Lukaşenko təlimatçıya yaxınlaşıb və silahlı rəqibə qarşı mübarizə üsulunu göstərib.
"Mən təlimi diqqətlə izləyirdim. Sən onlara aşağıdan gələn bıçaq zərbəsinə qarşı mübarizə aparmağı öyrət. Əgər o, sağ əllə aşağıdan vurursa, əlini tutursan, çevirirsən və vəssalam", — deyə Belarus rəhbəri bildirib.
Kanalın məlumatında qeyd olunub ki, Aleksandr Lukaşenko mütəmadi olaraq idman həyat tərzinə sadiqliyini nümayiş etdirir. Belə ki, o, xizək sürür, xokkey matçlarında iştirak edir.
QAZİLER.AZ

