Rusiyanın Sankt-Peterburqda dörd nəfər meymun çiçəyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qaziler.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Həkimlər dörd yoluxan şəxsi Krasnoqvardeyski rayonundakı mənzillərdən birindən götürüblər. Analizlərin nəticələrinə görə infeksiya təsdiqlənib və onların hamısı Botkin adına xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, yoluxanların hamısı infeksiya mənbəyi ilə təmasda olub. Pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Onların yüksək hərarəti var, həmçinin limfa düyünləri böyüyüb.
Qeyd edilib ki, ötən gün Moskva ətrafında beş nəfər meymun çiçəyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bildirilib ki, beş nəfərin hamısı eyni mənzildə yaşayıb və əvvəllər bu infeksiyadan şübhələnilən pasiyentlə təmasda olublar.
QAZİLER.AZ

