İtaliyanın Sardiniya adasında yerləşən Bolotana dağ kəndi elm adamlarına insan ömrünün uzadılması sirlərini açmaq üçün unikal imkan yaradıb.
Qaziler.az bildirir ki, "Frontiers in Aging" jurnalında dərc olunan araşdırmaya görə, bu kənddə 70 yaşına çatan qadınların 100 illik yubileyini qeyd etmək şansı ABŞ-dakı həmcinsləri ilə müqayisədə təxminən üç dəfə daha çoxdur.
Ekspertlər Bolotananın dünyada insanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü yeni "mavi zona" ola biləcəyini ehtimal edirlər.
Tədqiqatçılar kənd sakinlərinin son yüz ildən artıq dövrü əhatə edən demoqrafik məlumatlarını və kilsə qeydlərini ətraflı analiz ediblər. Məlum olub ki, Bolotanada 70 yaşlı qadınların 13,8%-i 100 yaş həddini keçir. Bu göstərici İtaliyanın digər bölgələrində 3,5%, Rusiyada isə cəmi 1,8% təşkil edir. Hazırda bu göstərici ilə yerli qadınlar dünya reytinqində yalnız Honkonq sakinlərindən geri qalırlar.
Alimlər Bolotanadakı bu unikal uzunömürlülüyün sirrini bir neçə əsas faktorla əlaqələndirirlər:
• Fiziki aktivlik: Kənd dağlıq ərazidə yerləşdiyindən sakinlər avtomobildən demək olar ki, istifadə etmir və dik yamacları piyada qət edirlər.
• Təbii qidalanma: Məhsulların böyük hissəsi yerli şəraitdə yetişdirilir; xüsusilə faydalı yağlarla zəngin olan yerli zeytun yağı geniş istehlak olunur.
• Güclü sosial bağlar: Ailələr bir-birinə yaxın yaşayır, sosial izolyasiya yox dərəcəsindədir və səmimi icma daxilində insanlar daim bir-birinin qayğısına qalırlar.
QAZİLER.AZ

