Ukraynanın prioriteti Rusiya ilə müharibəni danışıqlar yolu ilə başa çatdırmaqdır, lakin bu yolda əsas maneə dialoq istəməyən Rusiya diktatoru Vladimir Putinin mövqeyidir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi brifinqdə bəyan edib.
Qaziler.az bildirir ki, "RBC-Ukrayna"nın məlumatına görə, dövlət başçısından ABŞ Prezidenti Donald Trampın onun barəsində işlətdiyi "iş görüləsi adam deyil" ifadəsinə və Putinlə razılığa gəlməyin "daha asan" olması fikrinə reaksiya verməsi istənilib.
Trampın bu sözlərinə cavab verən Zelenski bildirib: "Mənimlə danışmaq Putinlə müqayisədə daha çətindir? Amma mənim üçün Trampla razılığa gəlmək Putinlə müqayisədə daha asandır. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə bir neçə görüşüm olub və biz həmişə müzakirələr aparmaq, qərarlar qəbul etmək üçün mövzular tapırıq".
QAZİLER.AZ

