Yaponiyanın Kanava prefekturasında yerləşən Yuqavara kurort şəhəri aqressiv makaka dəstəsinin hücumları səbəbindən qorxu içindədir.
Qaziler.az bildirir ki, "Soranews24" nəşrinin məlumatına görə, məşhur termal mənbələri ilə tanınan bu şəhərdə təxminən 20 primatdan ibarət qrup həm yerli sakinləri, həm də turistləri qorxuda saxlayır.
Yerli hakimiyyət orqanları bildirib ki, təkcə 2025-ci ildə heyvanların insanlara hücum etməsi, evlərə soxulması və əşyaları oğurlaması ilə bağlı 6 mindən çox hadisə qeydə alınıb.
Vəziyyət getdikcə daha da pisləşir. Belə ki, 2026-cı ilin sentyabr ayında meymunlar 40 yaşlı bir kişini mühasirəyə alaraq ona hücum ediblər və müymunlardan biri zərərçəkəni dişləyib.
Qeyd olunub ki, bu, şəhərdə müşahidələrin aparıldığı bütün vaxt ərzində meymun tərəfindən insanın dişlənməsi ilə bağlı qeydə alınan ilk hadisədir.
QAZİLER.AZ

