Suriyada 250 dinc sakinin qatili qaçarkən yaxalandı: 'Mihrac Ural' həbs edildi - FOTO

Suriyada 250 dinc sakinin qatili qaçarkən yaxalandı: 'Mihrac Ural' həbs edildi - FOTO backend

Suriya hakimiyyəti devrilmiş prezident Bəşər Əsədi dəstəkləyən qeyri-qanuni silahlı qruplaşmanın lideri, "Mihrac Ural" kimi də tanınan Ali Kayalinin həbs olunduğunu elan edib.

Qaziler.az bildirir ki, AFP-nin məlumatına görə, o, 2013-cü ildə Baniyas şəhərində 250-yə yaxın dinc sakinin kütləvi qətlini təşkil etməkdə ittiham olunur.

SANA informasiya agentliyi xəbər verir ki, xüsusi xidmət orqanlarının əməkdaşları Kayalini sərhədi keçərək Suriyanı tərk etməyə cəhd göstərərkən yaxalayıblar. Onun hansı ölkəyə qaçmaq istədiyi rəsmən açıqlanmasa da, əməliyyatın Türkiyə kəşfiyyatı (MİT) ilə koordinasiyalı şəkildə həyata keçirildiyi bildirilir.

Türkiyə doğumlu olan Kayali 1982-ci ildə ordakı həbsxanadan qaçaraq Suriyaya sığınmışdı. O, Suriyada Bəşər Əsəd rejiminə sadiq olan və mülki əhaliyə qarşı amansız divan tutan hərbi qruplaşma formalaşdırmışdı. 

QAZİLER.AZ