Madyardan Ukrayna ilə bağlı proqnoz: “15-20 il çəkə bilər”

Madyardan Ukrayna ilə bağlı proqnoz: “15-20 il çəkə bilər” backend

Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması 15 və ya 20 il çəkə bilər.

Qaziler.az "Clash Report"a istinadla xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar açıqlama verib.

"Bunun üçün 15 və ya 20 il tələb oluna bilər. Türkiyəyə baxın, onilliklər ərzində Aİ-yə daxil olmaq istəyirdi, lakin indi isə artıq qoşulmaq istəmir", — deyə o qeyd edib.

Oktyabrın 12-də Macarıstan hökuməti Ukraynanın avrointeqrasiyası ilə bağlı danışıqlarda daha iki klasterin açılmasına razılıq verib.

Bu qərara nail olmaq üçün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə Avropa İttifaqı ölkələrinin və milli azlıqların dillərində təhsil almağa icazə verən qanun imzalayıb.

Oktyabr ayında Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos bəyan edib ki, Ukrayna 2027-ci ildə Aİ üzvü olmayacaq, həmçinin avrointeqrasiya prosesində heç bir imtiyaz və güzəştlər əldə etməyəcək.

QAZİLER.AZ