ABŞ İrana qarşı zərbələri bərpa edəcəyi təqdirdə öz arsenalındakı ən güclü qeyri-nüvə silahı olan "bütün bombaların anası"ndan istifadə edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı hərbçilərə istinadən məlumat yayıb.
"Amerikalı hərbçiler yeni zərbə planları hazırlayıblar. Əgər Prezident Donald Tramp aralıq seçkilərindən əvvəl və ya sonra hərbi əməliyyatların bərpası barədə əmr verərsə, bu planlara İranın energetika infrastrukturuna və nüvə obyektlərinə zərbələr endirmək üçün “bütün bombaların anası” adlandırılan silahın mümkün tətbiqi də daxildir", — deyə telekanalın saytında dərc olunan və çoxsaylı hərbi mənbələrə əsaslanan məqalədə bildirilir.
Söhbətin ABŞ-nin hərbi arsenalındakı ən böyük qeyri-nüvə bombası olan GBU-43/B MOAB-dan getdiyi qeyd olunur. Maraqlıdır ki, telekanalın həmsöhbətləri bu bombanın tətbiqinin amerikalıların Yaxın Şərqdəki hər hansı strateji hədəflərinə çatmasına və ya qüvvələr nisbətini dəyişməsinə kömək edəcəyinə şübhə ilə yanaşırlar. Buna baxmayaraq, onlar belə bir addımın münaqişəni ciddi şəkildə gərginləşdirəcəyini vurğulayırlar.
QAZİLER.AZ

