ABŞ Prezidenti Donald Tramp Arizona ştatının Bullhed-Siti şəhərində keçirilən mitinqdə bəyan edib ki, son iki ildə digər dövlətlərin Birləşmiş Ştatlara münasibəti dəyişib və indi amerikalılara dünyada hər kəsdən daha çox hörmət edirlər.
Qaziler.az xəbər verir ki, bu barədə “cbsaustin.com” nəşri məlumat yayıb.
"Bizə hər kəs hörmət edir. İki il əvvəl onlar liderimizə hörmət etmirdilər. Bizdə ümumiyyətlə heç nəyə hörmət qoymurdular. İndi isə bizə dünyadakı istənilən digər ölkələrdən daha çox hörmət edirlər", — deyə Tramp mitinq iştirakçılarına müraciəti zamanı bildirib.
Tramp oktyabrın 14-də Arizonada Konqresə noyabrın 3-nə təyin edilmiş aralıq seçkiləri ərəfəsində ölkə üzrə seçkiqabağı kampaniya çərçivəsində çıxış edib. O, mitinqdə Respublikaçılar Partiyasından olan namizədləri dəstəkləyib və seçicilərin səsini qazanmağa çalışıb.
QAZİLER.AZ

