Ağ Evin yeni mətbuat katibi vəkillik imtahanından kəsilibmiş

Ağ Evin yeni mətbuat katibi vəkillik imtahanından kəsilibmiş backend

Ağ Evin yeni mətbuat katibi Keti Zahariya Pepperdayn Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Kaliforniyada vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququ verən imtahandan keçə bilməyib.

Qaziler.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, imtahandakı uğursuz cəhddən sonra Zahariya 2011-ci ilin yayında gələcək həyat yoldaşı ilə birlikdə Çinə köçüb. O, Pekində "Zhong Lun" hüquq firmasının beynəlxalq bölməsində işə düzəlib. Zahariya orada ABŞ və beynəlxalq şirkətlər üçün çoxmilyonluq müqavilələrin hazırlanması və sövdələşmələrin müşayiət olunması ilə məşğul olub.

Keti Zahariyanın Ağ Evin mətbuat katibi postuna təyin olunması barədə məlumat 9 oktyabrda məlum olub. Buna qədər o, "Truth Social" sosial şəbəkəsini idarə edən "Trump Media & Technology Group" şirkətində kommunikasiya üzrə müşavir vəzifəsində çalışıb.

Zahariya bu postda ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar vəzifəsindən ayrılan Kerolayn Levitti əvəz edib. ABŞ prezidenti Levitti "əsl lider" və "Ağ Evin ən yaxşı mətbuat katiblərindən biri" adlandırıb.

QAZİLER.AZ