KXDR ordusu strateji qanadlı raketlər buraxdı - VİDEO

KXDR ordusu strateji qanadlı raketlər buraxdı - VİDEO backend

KXDR (Koreya Xalq Demokratik Respublikası və ya Şimali Koreya) strateji qanadlı raketlərin sınaqlarını keçirib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) yayıb.

Sınaqlar 14 oktyabr tarixində Yapon dənizi akvatoriyasında baş tutub. Sualtı qayıqdan iki növ strateji qanadlı raket sınaqdan keçirilib. Şimali Koreya rəsmiləri bəyan ediblər ki, bu sınaqlar ölkə qüvvələrinin etibarlılığını və müharibənin qarşısını almaq (çəkindirmə) imkanlarını nümayiş etdirmək məqsədi daşıyır.

Qeyd edək ki, daha əvvəl, sentyabrın 20-də Şimali Koreya qısamənzilli ballistik raketin buraxılışından bir neçə saat sonra Yapon dənizi istiqamətinə daha bir naməlum mərmi də atmışdı. "Yonhap" agentliyinin məlumatına görə, Vonsan bölgəsindən atılan qısamənzilli ballistik raket təxminən 450 kilometr məsafə qət etmişdi. İkinci buraxılışın təfərrüatları isə açıqlanmamışdı.

Cənubi Koreya Müdafiə Nazirliyi KXDR-in fəaliyyətini diqqətlə izlədiklərini və "Cənubi Koreya ilə ABŞ-ın birgə müdafiə strategiyası" çərçivəsində hər hansı bir təxribata qətiyyətli cavab verməyə tam hazır olduqlarını bildirib.

QAZİLER.AZ