Moskvada fəaliyyət göstərən kuryerlər üçün yol hərəkəti qaydaları (YHQ) və xidmət standartları üzrə məcburi testləşmə tətbiq edilir. Kuryerlərin sifarişləri qəbul edə bilməsi üçün sualların ən azı 80%-nə düzgün cavab verməsi şərtdir.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı "Parlamentskaya qazeta" yayıb.
Nəşrin məlumatına görə, hazırda paytaxtda 135 mindən çox kuryer fəaliyyət göstərir. Yeni tələb hərəkət üsulundan asılı olmayaraq bütün kuryerlərə şamil olunur. Həm piyada kuryerlər, həm də elektrikli velosiped, skuter, giroskuter və ya avtomobildən istifadə edənlər testdən keçməlidir.
Qeyd olunub ki, 15 oktyabrdan etibarən bu test işini davam etdirmək istəyənlər üçün məcburi şərtə çevrilib (oktyabrın 14-nə kimi könüllü idi).
İmtahan iki blokdan ibarətdir:
Birinci YHQ bloku: Şəhərin müxtəlif zonalarında sürət hədləri, fərdi hərəkət vasitələrindən istifadə qaydaları və piyada keçidlərində nəqliyyatdan düşərək piyada keçmə tələbi.
İkinci xidmət standartları bloku: Çatdırılma qaydaları, müştərilər və restoranlarla ünsiyyət, kuryerin xarici görkəmi və nəqliyyatın vəziyyəti.
İmtahan "KİS ART" elektron sistemi vasitəsilə keçirilir. Uğurlu nəticə 1 il qüvvədə qalır və hər il yenilənməlidir.
QAZİLER.AZ

