Zelenski İlon Maskdan xahiş etdi: "Starlink"i aktivləşdirin” - VİDEO

Zelenski İlon Maskdan xahiş etdi: "Starlink"i aktivləşdirin” - VİDEO backend

Ukrayna Prezidenti Volodimir Zelenski "SpaceX" şirkətinin rəhbəri İlon Maskdan Ukrayna üçün ona məxsus "Starlink" peyk rabitəsi sistemini aktivləşdirməyi açıq şəkildə xahiş edib.

Qaziler.az xəbər verir ki, o, bu barədə britaniyalı aparıcı Pirs Morqanın "Uncensored" ("Senzurasız") şousunun efirində danışıb. Proqramdan fraqmentlər jurnalistin "X" sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

"Əgər siz "Starlink"in sürətini itirirsinizsə, nə baş verdiyi aydındır. Biz İlon Maskdan onu aktivləşdirməsini xahiş edirik", – deyə o qeyd edib.

Qeyd edək ki, Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Sergiy Sternenko 14 oktyabr gecəsi "Starlink" terminallarının işinin məhdudlaşdırıldığını bildirmişdi. Onun sözlərinə görə, aparatlar saatda 160 km-dən çox sürətlə hərəkət edərkən rabitə kəsilməyə başlayıb və bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin bir sıra mühüm missiyaları boşa çıxıb. O, təfərrüatları açıqlamayıb.

Sabiq məmur ehtimal edir ki, "SpaceX" şirkəti bu cür addımları ABŞ prezidenti administrasiyasının sorğusu əsasında atıb.

QAZİLER.AZ