İranın İspaniyadakı səfiri Reza Zəbib krallıq ailəsi ilə rəsmi salamlaşma mərasimi zamanı bir daha kraliça Letisiyanın və şahzadələr Leonor və İnfanta Sofiyanın əlini sıxmaqdan imtina edib.
Qaziler.az İspaniya mediasına istinadla xəbər verir ki, sözügedən hadisə oktyabrın 12-də — İspaniyanın Milli Günü münasibətilə Kral Sarayında təşkil olunan qəbul zamanı olub.
Bildirilib ki, İran səfiri yalnız İspaniya kralı VI Felipe ilə əl sıxaraq salamlaşıb, lakin bu üç xanımla qarşılaşarkən heç bir fiziki təmas qurmayıb, əllərini bir-birinə birləşdirərək, başını yüngülcə əyməklə kifayətlənib.
Belə ki, kraliça Letisiya salamlaşmaq üçün əlini uzatsa da, əli havada qalıb. Bu addım İran diplomatlarının əvvəlki davranışlarına bənzəyir və İspaniya mediasında əks-səda doğurub.

