Böyük Britaniyanın Baş naziri Endi Börnhem ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında yaranan yeni fikir ayrılıqları fonunda onlar arasındakı münasibətləri bərpa etmək niyyətində olduğunu bəyan edib.
Qaziler.az xəbər verir ki, AFP agentliyinin məlumatına görə, o, bu barədə özünün Dauninq-stritdəki rəsmi iqamətgahında Zelenski ilə görüşündən əvvəl Britaniya parlamentində çıxışı zamanı bildirib.
"Mənim vəzifəm körpüləri yenidən qurmağa çalışmaqdır ki, dəstək geri qayıtsın", – deyə Börnhem qeyd edib.
O əlavə edib ki, tərəflərin yaxınlaşması üçün şərait yaratmaq məqsədilə ehtiyatla hərəkət etmək niyyətindədir.
Qeyd edək ki, ABŞ prezidenti Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi uzaqmənzilli zərbələrə görə Zelenskini kəskin tənqid edib və Ukrayna liderinin dəyişdirilməsinə işarə vurub.
Zelenskinin Londona səfəri ABŞ-ın Ukraynaya hərbi dəstəyi ilə bağlı gərginlik fonunda baş tutub.
QAZİLER.AZ

