Əməliyyat olunan Papanın vəziyyəti açıqlandı

Əməliyyat olunan Papanın vəziyyəti açıqlandı backend

Roma Papası XIV Leo ağciyər əməliyyatından sonrakı sağalma prosesi plana uyğun gedir, o, xəstəxana palatasında gəzməyə və normal qidalanmağa başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın (Vatikanın) mətbuat xidməti məlumat yayıb.

Paylaşılan məlumatdan aydın olur ki, qan analizləri və döş qəfəsinin rentgeni əməliyyatdan sonrakı dövr nəzərə alınmaqla normal nəticələr göstərib. Həmçinin, Papanın tənəffüs fizioterapiyasından keçdiyi bildirilib.

Pktyabrın 14-də Müqəddəs Taxt-Tacın mətbuat xidməti bildirib ki, əməliyyat zamanı Roma Papası XIV Leonun sağ ağciyərinin aşağı payı kəsilib götürülüb. Təcili histoloji müayinə əməliyyatdan əvvəlki müayinələrə əsasən orqanın adenokarsinoma (bədxassəli şiş) diaqnozunu təsdiqləyib.

Cərrahi müdaxilə uğurla keçib, heç bir fəsad qeydə alınmayıb. Pontifik əməliyyat otağında təxminən üç saat qalıb, prosedurun özü isə təxminən saat yarım çəkib. Əməliyyatdan sonra XIV Leonun huşu normal şəkildə özünə qayıdıb və qısa müddətli nəzarətdən sonra palatasına köçürülüb.

QAZİLER.AZ