2022-ci ildən bəri 9 mindən çox rus həlak olub - Miroşnik

2022-ci ildən bəri 9 mindən çox rus həlak olub - Miroşnik backend

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə söhbəti zamanı bildirib ki, 2022-ci ildən bəri Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumu nəticəsində 9 mindən çox dinc sakin həlak olub.

Qaziler.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Ukraynalı döyüşçülərin əlindən təkcə 2022-ci ildən bəri 36,4 mindən çox dinc sakin zərər çəkib, onlardan 9 141 nəfəri həlak olub", – deyə o qeyd edib.

Miroşnik vurğulayıb ki, Rusiya tərəfi bu məlumatların doğruluğunu rəsmi şəkildə təsdiqləməyə hazırdır.

QAZİLER.AZ