İran nüvə obyektlərinin müdafiəsini gücləndirir və Konqresə aralıq seçkilərindən sonra ABŞ ilə mümkün müharibənin yenidən başlamasına əhalini hazırlayır.
Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Tehran həssas nüvə obyektlərinin ətrafında müdafiəni gücləndirib və regional məmurlara yeni münaqişənin Fars körfəzi sərhədlərindən kənara çıxa biləcəyi barədə xəbərdarlıqlar göndərib.
Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu tərəfindən analiz edilən peyk şəkilləri göstərib ki, ötən ay İran mümkün yerüstü reydləri çətinləşdirmək üçün Pik-Mauntin və Nətənzdəki nüvə obyektlərinin ətrafında müvəqqəti torpaq bəndlər (istehkamlar) ucaldıb.
BAEA (MAQATE) rəhbəri Rafael Qrossi Pik-Mauntindəki tikinti sahəsi ətrafında aktivlik əlamətlərini təsdiqləsə də, orada baş verən proseslər barədə konkret məlumatın olmadığını qeyd edib.
Fövqəladə hallar üzrə planlaşdırmaya cavabdeh olan briqada generalı Qolamriza Cəlali bildirib ki, İranın hava limanları, dəniz limanları və elektrik stansiyaları müharibə şəraitinə hazırlanıb. Onun sözlərinə görə, obyektlərdə sığınacaqlar və ehtiyat tədarüklər yaradılıb.
İran rəsmiləri həm açıq, həm də qapalı söhbətlərdə ABŞ-nin yeni zərbələrinə cavabın daha irimiqyaslı olacağını bəyan ediblər. Onlardan bəziləri qonşu ölkələrin ərazisində yerüstü əməliyyatların keçirilməsi ehtimalına işarə vurublar. Tehran həmçinin vasitəçilər vasitəsilə Yaxın Şərqdəki ABŞ hərbi gəmilərini batırmaq cəhdlərinin ola biləcəyi barədə də xəbərdarlıq edib.
QAZİLER.AZ

