Zelenski III Karl ilə görüşmək üçün Britaniyaya uçdu - VİDEO

Zelenski III Karl ilə görüşmək üçün Britaniyaya uçdu - VİDEO backend

Ukrayna Prezidenti Volodimir Zelenski Kral III Çarlz və ölkənin Baş naziri Endi Börnhem ilə görüşmək üçün Britaniyaya gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səfər həm də dövlət başçısı Donald Trampın Ukrayna liderinin ünvanına səsləndirdiyi tənqidi bəyanatlar fonunda Kiyevin ABŞ ilə münasibətlərinin kəskinləşməsindən qaynaqlanır.

"Ukrayna xalqına mesajım bundan daha aydın ola bilməz: ehtiyac olduğu müddətcə sizinlə olacağıq və Avropada sülh naminə apardığınız cəsarətli mübarizəyə dəstəyimizdə daha irəli və daha sürətlə addımlayacağıq", – deyə Britaniyanın Baş naziri bildirib.

QAZİLER.AZ