Belçikanın paytaxtı Brüsseldə yerləşən bir məktəbdə dəm qazından zəhərlənən 17-si uşaq olmaqla, ümumilikdə 18 nəfər xəstəxanaya yerləşdirilib.
Belçikada fransız dilində nəşr olunan "Le Soir" qəzetinin məlumatına görə, Sent-Jil şəhərinin meri Jan Spinette dünən gecə baş verən hadisə ilə bağlı açıqlama verib.
hadisənin ardınca təhsil müəssisəsi təcili təxliyə olunub.
Spinette bildirib ki, dəm qazından zəhərlənmə Sent-Jil şəhərində orta məktəb, ibtidai məktəb və uşaq bağçası səviyyələrində təhsil verən Sent-Jan-Baptist de La Salle İnstitutunda qazanxanadakı nasazlıq səbəbindən baş verib.
Spinette zəhərlənmə səbəbindən 17 uşaq da daxil olmaqla 18 nəfərin xəstəxanaya yerləşdirildiyini və məktəbin təxliyə edildiyini qeyd edərək əlavə edib ki, məktəb bu gün normal şəraitdə dərsləri bərpa etməli idi.

