ABŞ senatorları Trampı Rusiya ilə dizel yanacağı razılaşmasından imtinaya çağırıblar

ABŞ senatorları Trampı Rusiya ilə dizel yanacağı razılaşmasından imtinaya çağırıblar backend

ABŞ senatorları prezident Donald Trampa məktub göndərərək Rusiyadan dizel yanacağı tədarükü ilə bağlı razılaşmanı ləğv etməyə çağırıblar.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, müraciətin təşəbbüskarı, demokrat senator Riçard Blumental məktubu “X” sosial şəbəkəsində paylaşıb.

Senatorların fikrincə, Rusiyaya qarşı dizel ixracı ilə bağlı sanksiyaların yumşaldılması Moskvanın hərbi sektoruna əlavə maliyyə qazandıra bilər. Onlar razılaşmanı “düşmənə hədiyyə, müttəfiqlərə isə xəyanət” adlandırıblar.

Senatorlar Trampı Rusiya və Çinə qarşı iqtisadi təzyiqi gücləndirməyə çağırıblar.

QAZİLER.AZ