"Formula-1" yarışlarının 1993-cü ildən bəri ilk dəfə Afrika qitəsinə qaytarılması planlaşdırılır və ilk Qran-prinin 2030-cu illərin əvvəllərində keçirilməsi nəzərdə tutulur.
Qaziler.az bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Təşkilatçılar Ruanda ilə yarışların yenidən bu qitədə keçirilməsini nəzərdə tutan 10 illik müqavilə imzalandığını elan ediblər. Sazişə əsasən, ilk Qran-pri Ruandanın Buqesera bölgəsində tikiləcək və inşası 2030-cu illərin əvvəllərində tamamlanacaq yeni trasda baş tutacaq.
Afrikada sonuncu "Formula-1" yarışı 1993-cü ildə Cənubi Afrika Respublikasında keçirilib və həmin vaxt fransalı pilot Alen Prost braziliyalı Ayrton Sennanı qabaqlayaraq qalib olub.
QAZİLER.AZ

