Rusiyada zəlzələ baş verib

Rusiyada zəlzələ baş verib backend

Kamçatkanın şərq sahillərində zəlzələ baş verib.

Qaziler.az bildirir ki, u barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat yayıb.

Yeraltı təkanlar çərşənbə axşamı, oktyabrın 13-də Moskva vaxtı ilə saat 16:53-də (yerli vaxtla oktyabrın 14-ü saat 01:53-də) qeydə alınıb. Zəlzələnin maqnitudası Rixter şkalası ilə 4,1-ə bərabər olub. Seysmoloqlar bunu episentr ərazisində cüzi zədələnmələrə səbəb ola biləcək hiss olunan zəlzələ hesab edirlər.

Təbiət hadisəsinin episentri təxminən 187 min nəfər əhalisi olan Petropavlovsk-Kamçatski şəhərindən 207 kilometr cənub-şərqdə, ocağı isə yerin 33 kilometr dərinliyində yerləşib. Rusiyanın sözügedən regionunda xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

QAZİLER.AZ