Ukrayna ABŞ rəsmiləri ilə yeni görüşlərə hazırdır və müvafiq təklif artıq ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff ilə Cared Kuşnerə təqdim olunub.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bəyan edib.
Dövlət başçısı sülh naminə çalışmağın və düzgün addımlar üçün variantlar axtarmağın vacibliyini vurğulayıb. Eyni zamanda o, Ukraynanın ABŞ Prezidenti Donald Trampın "enerji atəşkəsi" barədə təklifini dəstəklədiyini xatırladıb.
Zelenski əlavə edib ki, Ukrayna komandası növbəti görüşlər və danışıqlarla bağlı təkliflərini artıq Amerika tərəfinə göndərib və yaxın günlərdə bu görüşlərin keçirilməsinə tam hazırdır.
QAZİLER.AZ

