Cənubi Koreyada irimiqyaslı supermarketlərdən birində səkkiz nəfər bıçaq xəsarətləri alıb.
Qaziler.az xəbər verir ki, bu barədə oktyabrın 13-də "Khan.co.kr" nəşri məlumat yayıb.
"İnçxon şəhərindəki böyük bir supermarketdə 60 yaşlarında olan kişi silahdan istifadə edərək səkkiz nəfəri yaralayıb", — deyə nəşrdə bildirilir.
Fövqəladə hallar xidmətinin məlumatına görə, İnçxon şəhərinin Namdonqu rayonunda polisə bir kişinin supermarketin fud-kortunda (yemək salonunda) insanlara bıçaqla hücum etməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində silahla hədə-qorxu gələn həmin şəxsi saxlayıblar. Polis gələnə qədər onu supermarketin ziyarətçiləri özləri zərərsizləşdiriblər.
İlkin məlumata əsasən, səkkiz nəfər yaralanıb ki, onlardan da biri ürək tutması ilə xəstəxanaya çatdırılıb. Polis əməkdaşları hücum edən şəxsin çantasında "çoxlu sayda digər silahlar" aşkar ediblər. Cinayətin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.
QAZİLER.AZ

