Türk ordusu 2016-cı ildə Suriyaya girəcək

Türk ordusu 2016-cı ildə Suriyaya girəcək backend

Türkiyə 2016-cı ildə Suriyaya hərbi müdaxilə edəcək.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Stratfor” beyin mərkəzinin yaydığı hesabatda qeyd edilib.

“2016-cı ildə Türkiyə üçün daha gərgin vəziyyət gözlənilir. Böyük ehtimalla Türkiyə ordusu Suriyanın şimalına yeridiləcək. Eyni zamanda, Türkiyə Suriyadakı mövqeyini gücləndirəcək. Türkiyə İŞİD-in nəzarətindəki əraziləri geri qaytarmaq üçün sünni türkmanların və ərəblərin köməyindən faydalanacaq. Rəsmi Ankara indidən hərbi hazırlıqlara başlayıb. Fərat çayının qərbində əməliyyat olacağı gözlənilir”, - hesabatda vurğulanıb.

Həmçinin bildirilib ki, ABŞ Türkiyənin Suriyadakı hərbi əməliyyatları üçün şərait yaradacaq:

“Türkiyənin hərbi müdaxiləsi Suriya hökuməti ilə əlaqələri gərginləşdiriləcək. Rusiya ilə olan mövcud vəziyyət də kəskinləşəcək. Rusiya Qara dəniz və Aralıq dənizindəki boğazlara nəzarət edən Türkiyə ilə toqquşmadan çəkinir. Ancaq iki ölkənin qarşı-qarşıya gəlmək ehtimalı var. Lakin nə Rusiya, nə Türkiyə əlaqələrin tamamilə kəsilməsini istəyir. Çox güman ki, iki ölkə arasındakı iqtisadi əlaqələr böyük zərər görəcək. Enerji layihələri də təxirə salınacaq”.

Qeyd edilib ki, qarşıdakı ildə İŞİD Yaxın Şərq və Qərb ölkələrində terror aktlarını artıracaq.